Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Portuqaliya arasında ticarət əməliyyatlarının həcmi 643 milyon 939 min ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 390 milyon 349 min ABŞ dolları (153,9%) çoxdur.
Hesabat dövründə Portuqaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,64%-i həcmində olub.
10 ayda Azərbaycan Portuqaliyaya 631 milyon 296 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 388 milyon 646 min ABŞ dolları və ya 2,6 dəfə çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 2,78%-i Portuqaliyanın payına düşüb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Portuqaliyadan məhsul idxalını illik müqayisədə 15,6% artıraraq, 12 milyon 643 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Portuqaliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 0,08%-ni təşkil edib.