...

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb

İqtisadiyyat Materials 9 Dekabr 2024 14:52 (UTC +04:00)
Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2024-cü ilin dekabr ayının 1-nə 1.884.109 olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

“Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482.194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1.884.109 olub.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 450.212 vahid artaraq 990.134 təşkil edib”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti