Bakı. Trend:
Ötən il Azərbaycana 66,1 milyon ABŞ dolları dəyərində dəyərində 64,3 min ton düyü idxal olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə dəyər baxımından 16 milyon ABŞ dolları (32%), həcm ifadəsində isə 9,7 min ton (17,8%) çoxdur.
Dövr ərzində gətirilən düyü ölkənin ümumi idxalındakı payının 0,31%-ni təşkil edib.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan 2,5 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da 2023-cü ildəki göstəricilərlə müqayisədə 314,6 milyon ABŞ dolları və ya 14,6% çoxdur.