...

2021-ci ildən bəri Azərbaycan BMT ilə birgə 142 milyon ABŞ dolları həcmində layihələr həyata keçirib - Nazir müavini

İqtisadiyyat Materials 31 Yanvar 2025 10:53 (UTC +04:00)
2021-ci ildən bəri Azərbaycan BMT ilə birgə 142 milyon ABŞ dolları həcmində layihələr həyata keçirib - Nazir müavini
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildən bəri Azərbaycan BMT ilə birgə 142 milyon ABŞ dolları həcmində layihələr həyata keçirib.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın İqtisadiyyat Nazirinin müavini Səməd Bəşirli Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışında bildirib.

"Hazırda sonuna yaxınlaşan 2021-2025-ci illər üzrə Çərçivə sənədi dörd əsas prioriteti ehtiva edir: İnklüziv artım, Güclü institutlar, Ətraf-mühitin mühafizəsi, Gender bərabərliyi. Son illər BMT-ilə birgə 142 milyon ABŞ dolları həcmində layihələr həyata keçirmişik", - deyə o bildirib.

S.Bəşirli qeyd edib ki, Azərbaycan 1992-ci ildən bəri aktiv şəkildə BMT ilə əməkdaşlıq edir və qlobal təşəbbüsləri dəstəkləyir.

“2024-cü ildə bu münasibətlərin yeni səhifəsi açılıb - ölkəmizdə COP29-un keçirilməsi Azərbaycanın qlobal iqlim gündəminin əsas oyunçulardan biri olduğunu sübut edir. Dayanıqlı inkişaf Azərbaycanın dövlət siyasətinin əsas priroritetlərindəndir. Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etmişik və onları öz dövlət strategiyamıza inteqrasiya etmişik. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq 50-dən çox dövlət proqramı və strategiyası həyata keçirilib, dayanıqlı inkişaf üzrə Milli Kordinasiya Şurası yaradılıb. Azərbaycan artıq BMT-nin Yüksək Səviyyəli Forumuna dördüncü Könüllü Milli İcmalını təqdim edib. Biz "yaşıl" enerji, rəqəmsal texnologiyalar və innovasiyalar əsasında qurulmuş bir iqtisadiyyat yaratmaq üçün strateji addımlar atırıq. Azad edilmiş ərazilərdə "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyaları həyata keçirilir. Bundan əlavə, Azərbaycanın minatəmizləmə prosesinin 18-ci Dayanıqlı İnkişaf Məqsədləri kimi tanınması təşəbbüsü dayanıqlı inkişafa olan dəstəyimizin bariz nümunəsidir", – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti