Bakı. Trend:
Azərbaycan tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirməyə və qarşıdakı illər üçün təsbit olunacaq dayanıqlı inkişaf məqsədlərinin uğurlu şəkildə gerçəkləşdirilməsinə hərtərəfli dəstək göstərməyə hazırdır.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə etdiyi çıxışda bildirib.
“Azərbaycan tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirməyə və qarşıdakı illər üçün təsbit olunacaq dayanıqlı inkişaf məqsədlərinin uğurlu şəkildə gerçəkləşdirilməsinə hərtərəfli dəstək göstərməyə hazırdır. Biz ümid edirik ki, yeni çərçivə sənədi həm mövcud reallıqların, həm də Azərbaycanın son beş ildəki inkişaf göstəricilərinin, onun hazırkı beynəlxalq mövqelərinin, həmçinin dövlətlərin və hökumətlərin gözləntilərinin nəzərə alınması ilə hazırlanacaq. Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki əməkdaşlıq çərçivəsinin bir hissəsinə çevrilmiş BMT çərçivə sənədi "yaşıl" iqtisadiyyatın genişləndirilməsi və sosial inklüzivliyin təmin olunmasında konkret nəticələrin əldə olunmasına yönəlib”, - deyə o bildirib.