Bakı. Trend:
İndiyək sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sahibkarlar tərəfindən sənaye zonalarına indiyədək 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb:
"Həmçinin, növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur".
"2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib", - deyə o qeyd edib.