Bakı. Trend:
Cari İran ilinin 10 ayı (20 mart 2024 - 19 yanvar 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə (21 mart 2023 -20 yanvar 2024) müqayisədə dəyər və çəki baxımından 14,7% artıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikada bildirilir ki, cari İran ilinin 10 ayı (20 mart 2024 -19 yanvar 2024) ərzində İran Azərbaycana təxminən 573 milyon dollar dəyərində təxminən 728 min ton qeyri-neft məhsulları ixrac edib.
Ötən İran ilinin 10 ayı (21 mart 2023 -20 yanvar 2024) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı 499 milyon dollar dəyərində 634 min ton təşkil edib.
Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.
Statistikada qeyd olunur ki, 10 ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi 600 milyon dollar dəyərində 738 min ton təşkil edib.
Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 10 ay ərzində İranın qeyri-neft məhsul ixracı təxminən 47,8 milyard dollar dəyərində 127 milyon ton təşkil edib. 9 ayda İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 18%, çəki baxımından 12% artıb.