...

Ötən il Azərbaycanda özü hərəkət edən vasitələrlə 400 milyon dollarlıq yük daşınıb

İqtisadiyyat Materials 12 Fevral 2025 13:48 (UTC +04:00)
Ötən il Azərbaycanda özü hərəkət edən vasitələrlə 400 milyon dollarlıq yük daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda özü hərəkət edən vasitələrlə 400,7 milyon ABŞ dolları dəyərində 40,8 min ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 401,7 milyon ABŞ dolları və ya 50,1%, həcm ifadəsində isə 4,9 min ton və ya 10,7% azdır.

Məlumata əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 154,4 milyon ABŞ dolları dəyərində 1,4 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 148,1 milyon ABŞ dolları və ya 24,5 dəfə, həcm ifadəsində isə 440 ton və ya 43,9% artım deməkdir.

Eyni zamanda dövr ərzində özü hərəkət edən vasitələrlə Azərbaycana 246,3 milyon ABŞ dolları dəyərində 39,4 min ton yük idxal edilib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 549,8 milyon ABŞ dolları və ya 69,1%, həcm baxımıdan isə 5,3 min ton və ya 11,9% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti