Bakı. Trend:
Əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirik.
Trend xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.
O bildirib ki, vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənilməsini təmin etmək əsas məqsədlərdəndir: "Dövlət Vergi Xidmətinin 2025-2028-ci illərdə üzrə strategiyası hazırlanır. Bu strategiya bizim yaxın gələcəkdə missiyamızı, dəyərlərimizi, gələcəyə baxışımızı və strateji fəaliyyət istiqamətlərimizi müəyyən edir".