...

Vergi sistemi dövlətin iqtisadi dayanıqlığını təmin edən əsas mexanizmlərdən biridir - Səbinə Əliyeva

İqtisadiyyat Materials 13 Fevral 2025 11:55 (UTC +04:00)
Vergi sistemi dövlətin iqtisadi dayanıqlığını təmin edən əsas mexanizmlərdən biridir - Səbinə Əliyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Vergi siyasəti hüquqi dövlətin və demokratik cəmiyyətin əsas komponentlərindən birini təşkil etməklə büdcə gəlirlərinin formalaşmasında və iqtisadi sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır.

Trend xəbər verir ki, bunu bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman qeyd edib ki, bu baxımdan, dövlət müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi vergi sisteminin təkmilləşdirilməsi istiqamətində də köklü islahatlar aparıldı, vergi orqanlarının strukturu və fəaliyyəti müasirləşdirildi, Vergi Məcəlləsinin qəbul edilməsi ilə vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazası formalaşdırıldı.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vergi sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar müasir, çevik və səmərəli vergi sisteminin formalaşmasına imkan vermişdir ki, bu da ölkənin sosial-iqtisadi inkişafının, sabit, təhlükəsiz və müasir həyat səviyyəsinin təmin edilməsinə və nəticə etibarı ilə insan hüquq və azadlıqlarının effektiv reallaşmasına xidmət etməkdədir.

Vergi sistemi dövlətin iqtisadi dayanıqlığını və strateji inkişafını, habelə sosial rifahı təmin edən əsas mexanizmlərdən biridir. Vətəndaşların hüquq və vəzifələrinin balanslı şəkildə tənzimlənməsi, qanunçuluğun təmin olunması, iqtisadi səmərəlilik və şəffaf inzibatçılıq müasir vergi sisteminin ən vacib prinsiplərindəndir. Təqdirəlayiq haldır ki, Dövlət Vergi Xidməti bu prinsipləri rəhbər tutaraq və innovativ yanaşmalar tətbiq etməklə fəaliyyətini daim təkmilləşdirir, vətəndaş-məmur münasibətlərinin daha şəffaf və səmimi qurulması üzrə tədbirləri davam etdirir, habelə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyətini daha da gücləndirir”., - o deyib.

S.Əliyeva əlavə edib ki, Ombudsman Aparatı ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlıq xüsusi önəm daşıyır.

“Bu əməkdaşlıq vergi ödəyicilərinin, habelə vergi münasibətlərinin digər iştirakçılarının hüquqlarının daha səmərəli müdafiəsi və pozulmuş hüquqların bərpası, əhalinin maarifləndirilməsi, vergi sahəsində şəffaflığın artırılması və sahibkarların qanuni maraqlarının müdafiəsi istiqamətində irəliləyişlərin əldə edilməsinə imkan yaradır.

Qeyd olunan əməkdaşlıq azad sahibkarlıq hüququnun təmin olunması, sahibkarların pozulmuş hüquqlarının bərpa edilməsi, eyni zamanda sahibkarlıq fəaliyyəti zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsi, pozuntuların aradan qaldırılması hallarını, habelə bu istiqamət üzrə BMT-nin “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər”inin ölkə üzrə implementasiyası və sahəvi milli fəaliyyət proqramının hazırlanması üzrə fəaliyyəti də əhatə edir.

Ombudsmanın “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizm funksiyası əsasında saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən Dövlət Vergi Xidmətinin Müvəqqəti Saxlama Yerinə həyata keçirdiyi başçəkmələr saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması baxımından xüsusi önəm daşıyır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətin ali məqsədini həyata keçirən və statusu Konstitusiya Qanunu ilə müəyyən edilən Ombudsmanın mandatının son illər beynəlxalq təşkilatların da tövsiyələri nəzərə alınmaqla genişləndirilməsi, habelə nəzarət və müstəqil monitorinq mexanizmi funksiyalarının qanunvericiliklə təsbit olunması birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır.

Nəzərinizə çatdırmaq istərdim ki, hüquq və azadlıqların daha effektiv təmin olunması məqsədilə tərəfimizdən mütəmadi olaraq normativ hüquqi aktların monitorinqi həyata keçirilir, vizalanması üçün Ombudsmana təqdim olunan normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər verilir. Məlumat üçün bildirim ki, ötən illər ərzində Ombudsman Aparatı Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin habelə bu sahədə digər normativ sənədlərin təkmilləşdirilməsinə öz töhfəsini vermişdir ki, bu da qurumlararası əməkdaşlığın əhəmiyyətini bir daha önə çəkir.

Qeyd olunanlarla yanaşı, vergi ödəyicilərinin, habelə vergi münasibətlərinin digər iştirakçılarının hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyətimizin genişləndirilməsini vacib hesab edirəm. Əminəm ki, müraciətlərin daha effektiv araşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qurumlararası məlumat mübadiləsinin gücləndirilməsi, müxtəlif hədəf qrupları üzrə birgə maarifləndirmə tədbirlərinin təşkili qarşıya qoyduğumuz məqsədlərə ən yüksək səviyyədə nail olmağımıza imkan verəcəkdir”,- deyə S.Əliyeva qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti