...

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 31%-dən çox artıb

İqtisadiyyat Materials 17 Fevral 2025 18:40 (UTC +04:00)
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 31%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 824,1 min ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu nəqliyyat növü ilə daşınmış yüklərin həvmi əvvəlki ilin yanvar ayına nisbətən 31,2 faiz artıb.

Yüklərin 43,5 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 1471,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1137,9 min tonunu və ya 77,3 faizini tranzit yüklər təşkil edib.

2025-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 53,6 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin yanvar ayına nisbətən 42,1 faiz artaraq 2,7 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti