Bakı. Trend:
Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 143,477 milyon ton olub.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 9,261 milyon ton və ya 6,9%, son beş ilin göstəriciləri ilə müqayisədə isə 31,959 milyon ton, yaxud da 28,6% çoxdur.
Belə ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 134,216 milyon ton, 2020-ci ildə isə 111,518 milyon ton olub.
2020-2024-cü illərdə Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin ümumi həcmi 627 milyon 758 min ton təşkil edib.
Son 5 ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib.
İllər | Daşınmış yüklərin həcmi |
2024 | 143 477 min ton |
2023 | 134 216 min ton |
2022 | 126 025 min ton |
2021 | 112 522 min ton |
2020 | 111 518 min ton |
Cəmi | 627 758 min ton |
Qeyd edək ki, cari ilin yanvar ayı ərzində Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi 10,2 milyon ton olub, Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.