Bakı. Trend:
2025-ci ilin yanvar ayında hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral sayından məlumat əldə edib.
Məlumata əsasən, ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "LEPIN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti, "MKT İstehsalat Kommersiya" MMC, "6LSYSTEMS" MMC, "EXPORT STREAM" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Baku Steel Company" QSC, "Uytrop" Məhdud Məsuliyyətli Cəmiyyəti, "AGRARCO" MMC, "MİLK PRODUCTS" Məhdud Məsuliyyətli Cəmiyyəti, "KHAN-EL" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.