...

Azərbaycanda elektrik şəbəkələrinin 60 %-dən çoxunun yenidən qurulmasına ehtiyac var - “Azərişıq”

İqtisadiyyat Materials 3 Mart 2025 16:05 (UTC +04:00)
Azərbaycanda elektrik şəbəkələrinin 60 %-dən çoxunun yenidən qurulmasına ehtiyac var - “Azərişıq”
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda elektrik şəbəkələrinin 60 %-dən çoxunun yenidən qurulmasına ehtiyac var.

Trend xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Ramil Yusifov bildirib ki, regionlarda olan şəbəkələrinin əsas hissəsi 1950-1960-cı illərdə qurulan şəbəkələrdir.

“İlk dəfə olaraq Azərbaycanda paylayıcı enerji şəbəkələrində yerlə əlaqə olmayan, qısaqapanma səbəbindən işıq sönmələrinə səbəb olmayan materiallardan istifadə olunur. Bu materiallarda korroziya və aşınma ilə əlaqədar təhlükəli hallar olmur, qəza halları da azalır. Hər il ümumilikdə 1,1 milyon kilovat-saat qənaət olunacaq elektrik enerjisi ortaya qoyacağıq. Enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə aşağı salınıb”, - deyə Ramil Yusifov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti