...

Növbəti illərdə Azərbaycanda daha çox kosmik proqramlar ərsəyə gələcək - Nazir müavini

İqtisadiyyat Materials 4 Mart 2025 16:06 (UTC +04:00)
Növbəti illərdə Azərbaycanda daha çox kosmik proqramlar ərsəyə gələcək - Nazir müavini
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti illərdə Azərbaycanda daha çox kosmik proqramlar ərsəyə gələcək.

Trend-in məlumatına görə, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Ümumdünya Mühəndislik Günü” ilə bağlı keçirilən tədbirdə deyib.

O, bildirib ki, kosmik proqramların ərsəyə gəlməsi ilə Azərbaycan hökümətinin nüfuzu və yeri kosmosda möhkəmlənir: "Görülən işlər nəticəsində bu gün Azərbaycan dünya kosmik sənayedə böyük nüfuza malikdir. Biz əvvəl bunu regional deyə bilərdik, amma indi rahatlıqda qlobal dünyada deyə bilərik.

Ölkəmiz çoxsaylı kosmik layihələrin və beynəlxalq proqramların iştirakçısıdır. Azərbaycan orbitdə özünün xüsusi mövqeyi olan azsaylı dövlətlərdən biridir. Yaxın illərdə Azərbaycanlı mühəndislər ən peşəkar, ən yüksək tələblərə cavab verən peyklər hazırlayıb, orbitə buraxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti