Daşkənd. Trend:
Özbəkistan prezidenti Şafkat Mirzoyev Azərbaycan və Qazaxıstanla bağlanmış ekoloji təmiz enerjinin inkişaf etdirilməsi və ixracı sahəsində strateji əməkdaşlıq haqqında sazişi təsdiqləyib.
Trend ölkənin ədliyyə nazirliyinə istinadən xəbər verir ki, müvafiq sərəncam martın 14-də verilib.
Energetika nazirliyi beynəlxalq sazişin icrası üzrə əsas məsul orqan seçilib. Sazişin qüvvəyə minməsindən sonra sənədin icrası üzrə nəzarəti təsbit olunmuş prosedurlar əsasında ölkənin Nazirlər Kabineti və aidiyyəti nazirliklərin və qurumların rəhbərləri həyata keçirəcək.
Xatırladaq ki, 13 noyabr 2024-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şafkat Mirzoyevin görüşü baş tutub. Aparılan danışıqların yekununda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikasının hökumətləri arasında "yaşıl enerjinin inkişafı və ötürülmsə üzrə strateji tərəfdaşlıq haqqında" Saziş imzalanıb.