Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda inlfyasiya səviyyəsi 4,2 faiz təşkil edəcək, 2026-cı ildə isə bu göstərici 3,5 faizə qədər azalacaq.
Bu barədə Trend AİB-ə istinadən xəbər verir.
AİB son hesabatında qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda inflasiya səviyyəsi 2,2 faiz təşkil edib. 2023-cü ildə bu göstərici 8,8 faiz olub.
“2024-cü ilin əvvəlində ələlxüsus qida məhsulları və digər mallarla əlaqədar inflasiya səviyyəsi aşağı düşsə də, ilin ortalarında yanacaq qiymətlərinin artımından dolayı yüksəlməyə başlayıb. Orta illik inflasiya 2023-cü ildə 8,8 faiz təşkil edib və 2024-cü ildə bu göstərici 2,2 faizə qədər azalıb ki, bu da ərzaq məhsulları üzrə inflasiyanın 9.6 faizdən 1,3 faizə, qeyri-ərzaq məhsulları üzrə - 8,4 faizdən 1,6 faizə və xidmətlər üzrə, 8,2 faizdən və 4,0 faizə qədər azaldığını əks etdiri. İnflasiya tempinin zəifləməsinə dünyada ərzaq qiymətlərinin ucuzlaşması təsir göstərib”, -deyə hesabatda qeyd olunur.
AİB analitikləri qeyd edirlər ki, 2024-cü ilin iyun ayında tənzimlənən yanacaq qiymətlərin qalxması orta illik inlfasiya artımının 0,6 faizdən (mayda) 2,2 faizə (dekabrda) yüksəlməsinə təkan verib!