Bakı. Trend:
Bu ilin aprel ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 866 821 təşkil edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2019-cu ilin əvvəli ilə müqayisədə 464 906 vahid artıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436 770 vahid artaraq 976 692 olub.