...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

İqtisadiyyat Materials 12 Aprel 2025 11:14 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 9,17 ABŞ dolları və ya 12,11% azalaraq, 66,53 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 68,14 dollar/barel, minimum isə 64,11 dollar/barel olub.

Həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 64,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 9,06 ABŞ dolları və ya 12,25% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 66,53 dollar/barel, minimum isə 62,53 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 9,03 ABŞ dolları və ya 15,32% azalaraq, 49,9 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 50,75 dollar/barel, minimum isə 47,51 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 9,16 dollar və ya 12,29% ucuzlaşaraq 65,39 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 66,68 dollar/barel, minimum isə 62,69 dollar/barel təşkil edib.

Neftin növü / tarix

07.04.2025

08.04.2025

09.04.2025

10.04.2025

11.04.2025

Orta qiymət

Azeri LT CIF

$68,14

$67,65

$64,11

$66,16

$66,61

$66,53

Azeri Light FOB Ceyhan

$66,53

$66,09

$62,53

$64,54

$64,83

$64,9

Urals (EX NOVO)

$50,50

$50,49

$47,51

$50,26

$50,75

$49,9

Dated Brent

$66,68

$66,19

$62,69

$65,44

$65,97

$65,39

Məqalədə:
Xəbər lenti

Xəbər lenti