Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 273,6 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 15,6 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enrjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 27,6 milyon kVt/saat və ya 9,2% azalıb, dəyər ifadəsi ilə 206 min ABŞ dolları, yaxud da 1,3% artıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycandan Gürcüstana 301,2 milyon kVt/saat həcmində, 15,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 296,2 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdarda elektrik enerjisinin dəyəri 16,4 milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 316,5 milyon kVt/saat (2,1 dəfə), dəyər ifadəsi ilə 18,5 milyon ABŞ dolları (2,1 dəfə) azalıb. 2024-cü ilin ilk iki ayında Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi 612,7 milyon kVt/saat, dəyəri isə 34,9 milyon ABŞ dolları olub.
Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.