...

Azərbaycanla Danimarka arasında ticarət əməliyyatları 24%-ə yaxın artıb

İqtisadiyyat Materials 14 Aprel 2025 12:21 (UTC +04:00)
Azərbaycanla Danimarka arasında ticarət əməliyyatları 24%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Danimarka arasında ticarət əməliyyatlarının həcmi 3,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 626 min ABŞ dolları və ya 23,8% çoxdur.

Hesabat dövründə Danimarka ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,04%-i həcmində olub.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Danimarkaya 153 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 min ABŞ dolları və ya 56,1% çoxdur.

Eyni zamanda, hesabat dövründə Danimarkadan Azərbaycana 93,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 571 min ABŞ dolları və ya 22,6% artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti