...

Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı azalıb

İqtisadiyyat Materials 15 Aprel 2025 15:32 (UTC +04:00)
Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı 61,9 milyon kVt·st olub.

Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon kVt·st və ya 7,6% azalıb.

Belə ki, 2024-cü ilin birinci rübündə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı 67 milyon kVt·st olub.

Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 milyon kVt·st olub. Elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon kVt·st və ya 0,6% artıb. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 129,3 milyon kVt·st olub.

Cari ilin hesabat dövründə İES-lərdə 6 318,3 mln. kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti