Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 45,7 min ton neft koksu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,4 min ton və ya 25,2% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 61,1 min ton neft koksu istehsal olunmuşdu.
Bu ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 18,2 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,257 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.