Bakı. Trend:
Varvara Su Elektrik Stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata əsasən, bəndönü tipli su elektrik stansiyasında istismara verildiyi tarixdən bu ilin aprel ayınadək 5 094,5 mln. kVt·st, yenidənqurmadan sonrakı dövrdən indiyədək isə 638,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Məlumata görə, hər birinin gücü 5,65 MVt olan 3 hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 17 MVt təşkil edir.
Qeyd edək ki, 1954-1957-ci illərdə Yevlax rayonunun Varvara kəndində tikilərək istifadəyə verilmiş Varvara Su Elektrik Stansiyası 2017-ci ilin 16 aprel tarixində yenidənqurmadan sonra istismara verilib.