Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricə 45,1 min ton neft koksu ixrac edib.
Trend Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 14,4 milyon ABŞ dolları olub.
Neft koksu ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 22,5 min ton, yaxud da 33,3% azalıb, dəyər ifadəsi ilə 8,9 milyon ABŞ dolları və ya 2,6 dəfə artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycandan xaricə 67,6 min ton miqdarında, 5,5 milyon ABŞ dolları dəyərində neft koksu ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.