...

Türkiyə 2026-cı ilin sonuna qədər Aya sərt eniş etməyi planlaşdırır - Yusuf Kıraç

İqtisadiyyat Materials 24 Aprel 2025 10:46 (UTC +04:00)
Türkiyə 2026-cı ilin sonuna qədər Aya sərt eniş etməyi planlaşdırır - Yusuf Kıraç
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində ölkə 2026-cı ilin sonuna kimi Aya sərt eniş həyata keçirməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç Bakıda keçirilən Kosmmik Texnologiyalar üzrə Konfransda (Space Technology Conference, STC2025) çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyənin Milli Kosmik Proqramı - kosmik siyasət sahəsində strategiyaları, hədəfləri və layihələri təsbit edən, gerçəkçi və rəqabətədavamlı hədəfləri olan yol xəritəsidir. O proqramda qlobal tendensiyalar və ölkənin daxili imkanları nəzərə alınıb.

Onun sözlərinə görə, proqram 10 strateji hədəfdən ibarətdir.

“Birinci mərhələdə 2026-cı ilin sonuna qədər Aya sərt enişin yerinə yetirilməsi planlaşdırılır. Ona qədər isə Ayın orbitində elmi tədqiqatlar aparılacaq. İkinci mərhələ - yumşaq enişdir ki, onu da biz birincidən 3-4 həftə sonra həyata keçirməyi planlaşdırırıq. Bu vacib texnoloji mərhələdir, çünki biz bütün mühüm mühəndis həllərini tətbiq edəcəyik”, -deyə o bildirib.

Kıraç eyni zamanda, Türkiyənin yüksək lokalizasiya səviyyəsi olan rabitə peykləri istehsal etdiyini diqqətə çatdırıb. O fövqəladə vəziyyətlərdə idarəetmə baxımından peyk rabitəsinin böyük önəm kəsb etdiyini vurğulayıb.

“Misal üçün, zəlzələdən sonra mobil rabitə şəbəkələrində həddən artıq yüklənmə baş verir və rabitə itir. Ona görə də, peyk rabitəsi kritik əhəmiyyəti alternativə çevrilmiş olur”, - deyə Kıraç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti