...

“İstisu” Belarus bazarına çıxacaq

İqtisadiyyat Materials 5 May 2025 17:15 (UTC +04:00)
“İstisu” Belarus bazarına çıxacaq
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın “İstisu” mineral suyu yaxın gələcəkdə Belarus bazarına çıxacaq.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı şəhərində keçirilən Azərbaycan–Belarus biznes-forumu çərçivəsində etdiyi çıxışda deyib.

“Artıq “İstisu” mineral suyunun Belarusa tədarükü üzrə müqavilə imzalanıb. Məhsul laborator sınağa göndərilib və biz mütəmadi ixracın tez bir zamanda başlayacağına ümid edirik”, - deyə o bildirib.

Y.Abdullayev qeyd edib ki, “İstisu” mineral suyunun xarici bazara çıxması xüsusi önəm kəsb edir:

“İstisu” mineral suyunun ixracı bizim üçün təkcə ticarət layihəsi deyil, o, eyni zamanda, azad olunmuş ərazilərin dirçəliş rəmzidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti