...

Bakı və Abşeronda sənədsiz evlərin 81%-i birmərtəbəli mənzillərdir - Deputat

İqtisadiyyat Materials 19 May 2025 14:50 (UTC +04:00)
Bakı və Abşeronda sənədsiz evlərin 81%-i birmərtəbəli mənzillərdir - Deputat
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Abşeron ərazisində yerləşən "sənədsiz" fərdi yaşayış evlərinin 81.0%-i bir mərtəbəli, 18.7%-i iki mərtəbəli, 0.4%-i üç mərtəbəlidir.

Trend xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Millət vəkili Zahid Oruc "Bakı Şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər" mövzusunda keçirilən konfransda deyib.

"Bakı-Abşeron ərazisində yerləşən "sənədsiz" fərdi yaşayış evlərində yaşayan 1170 ev təsərrüfatı arasında 2025-ci ilin aprel ayında keçirilən digər sorğunun nəticələrinə əsasən, dövlət reestrindən keçməyən evlərin 54.2%-nin sahəsi 100 kvadratmetrdən az, 30.8%-i 100-150 kvadratmetr arasında, 15.0%-i 150 kvadratmetrdən çoxdur", - deyə Z.Oruc bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti