Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycana Rusiyadan 17,6 milyon kubmetr həcmində təbii qaz idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə qazın alışına çəkilən xərc 3,3 milyon ABŞ dolları olub. Ötən ilin birinci rübündə Azərbaycana Rusiyadan qaz idxal edilməyib.
Məlumat üçün bildirək ki, ötən il ərzində Rusiya Azərbaycana 141,6 milyon kubmetr həcmində, 26,2 milyon ABŞ dolları dəyərində təbii qaz satmışdı.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk üç ayında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib.
Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.