...

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə çoxtərəfli sənədlər paketi imzalanacaq

İqtisadiyyat Materials 14 Noyabr 2025 10:21 (UTC +04:00)
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə çoxtərəfli sənədlər paketi imzalanacaq
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Daşkənd. Trend:

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşünün yekunları üzrə çoxtərəfli sənədlər paketi imzalanacaq.

Trend bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, 7-ci Məşvərət Görüşü 15–16 noyabr tarixlərində Özbəkistanın paytaxtında Prezident Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək.

Özbəkistanın Prezident Administrasiyasının məlumatına görə, sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcəklər. Həmçinin tədbirə BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze də qatılacaq.

Görüşün gündəliyinə regional əməkdaşlığın daha da möhkəmləndirilməsi, prioritet sahələrdə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, eləcə də regional və beynəlxalq siyasətin aktual məsələləri üzrə fikir mübadiləsi daxildir.

Xatırladaq ki, region liderlərinin müntəzəm məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü Mirziyoyev tərəfindən 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürülmüşdü. Özbəkistanın bu formatda sədrlik etdiyi dövrdə əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən 20-dən çox böyük tədbir keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti