...

Azərbaycan bankları 2021-ci ildən bəri ən əhəmiyyətli irəliləyiş nümayiş etdiriblər - "Fitch"

İqtisadiyyat Materials 3 Fevral 2026 17:01 (UTC +04:00)
Azərbaycan bankları 2021-ci ildən bəri ən əhəmiyyətli irəliləyiş nümayiş etdiriblər - "Fitch"
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda banklar 2021-ci ildən bəri göstəricilərin ən nəzərəçarpan yaxşılaşmasını nümayiş etdiriblər. Buna milli valyutada daha detallı kreditləşməyə keçid və borcalanların ödəmə qabiliyyəti üzrə meyarların sərtləşdirilməsi təsir göstərib.

Trend bu barədə “Fitch Ratings”ə istinadən xəbər verir.

“Fitch”in qiymətləndirməsinə əsasən, aktivlərin “irsi” keyfiyyəti ilə bağlı risklərin azalması ölkənin bank sektorunun gəlirliliyini dəstəkləyib: “Kreditləşmənin sürətli artımı və dividendlərin ödənilməsi kapital buferlərinin azalmasına səbəb olub, lakin agentlik 2026-cı ildə kapitallaşma səviyyəsinin ümumilikdə sabit qalacağını gözləyir. Buna kifayət qədər gəlirlilik və aktivlərin mülayim artımı töhfə verəcək”,-deyə proqnozda deyilir.

Qeyd olunur ki, Azərbaycanda xarici valyutada kreditlərin payı aşağı səviyyədə qalıb və 2025-ci ilin doqquz ayının sonuna 14% təşkil edib. Bu, Azərbaycan manatının ABŞ dollarına faktiki bağlılığı və valyuta kreditləşməsi üzrə sərt qaydalarla şərtlənir.

“Azərbaycan banklarının reytinqləri suveren səviyyədən (BBB-/‘sabit’ proqnoz) aşağıdır ki, bu da agentliyin bankların müstəqil maliyyə profilləri və əməliyyat mühitinə (bb-/sabit) verdiyi qiymətləndirməni əks etdirir. Tənzimləmənin gücləndirilməsi və dayanıqlı maliyyə göstəriciləri Azərbaycanda bankların reytinqlərinin yüksəlməsinə şərait yarada bilər”, – deyə “Fitch”in hesabatında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti