...

Azərbaycan Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri müasir müayinə üsulları ilə tanış olacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2007 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Kənd Təsərrüfatı Nazirlyinin Dövlət Baytarlıq Xidməti müasir metodlarla müayinələrin keçirilməsi üzrə treninqlərə başlayıb.

Dövlət Xidmətindən verilən məlumata görə, təlim , Azərbaycan hökuməti və ABŞ-ın Müdafiə Nazirliyi arasında bağlanmış sazişə uyğun olaraq , Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində həyata keçirilir.

Sentyabrın 11-14-də keçiriləcək təlim ABŞ-ın Yoluxucu Xəstəliklər üzrə Tədqiqat İnstitutunun bakterioloji şöbəsinin mütəxəssisi Amanda Leyn tərəfəindən aparılacaq.

Tədbirdə Baytarlıq Xidmətinin mütəxəssisləri ilə yanaşı, Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının əməkdaşları da iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti