...

"TrendCapital"ın eksperti: "Bankların sayının artması Azərbaycanın kredit təsisatları arasında sağlam rəqabətə səbəb olacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2007 18:02 (UTC +04:00)
"TrendCapital"ın eksperti: "Bankların sayının artması Azərbaycanın kredit təsisatları arasında sağlam rəqabətə səbəb olacaq"

Azərbaycan, Bakı / Trend / Azərbaycanda hazırda 44 bank təşkilatı fəaliyyət göstərir və Azərbaycan Milli Bankı ilin sonuna qədər daha iki banka "Paşa Bank" və "Avrasiya" banklarına lisenziya verməyi planlaşdırır. Cari ildə Azərbaycanda Rusiyanın "VneşTorqBank" qrupunun əməliyyat bölməsinin açılması da planlaşdırılır.

Ölkədə bankların sayının çox olması və onların sayının artmaqda davam etməsi Azərbaycanda bank sektorunun neft sektorundan sonra ən inkişaf etmiş sahələrdən biri və neftin qiymətindən asılılıq baxımından davamlı olduğunu göstərir.

Bankların sayının artması Azərbaycanın kredit təsisatları arasında sağlam rəqabətə səbəb olacaq. Əhaliyə daha keyfiyyətli xidmətlər göstəriləcək.

Bazarda mövcud olan rəqabət Azərbaycanda fəaliyyət göstərən banklardan təklif olunan xidmətlərin sayını artırmağı və texnologiyanın təkmilləşdirilməsini tələb edib. Onlardan bəziləri lizinq əməliyyatları, ipoteka və istehlakçı kreditlərini həyata keçirməyə başlayıblar.

Azərbaycan banklarının ümumi aktivləri 2007-ci ilin avqustunda 5124,7 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin analoji dövr göstəricisindən 82,6% çoxdur. Aktivlərin artması iqtisadiyyatın inkişafı, Azərbaycanda ÜDM-in artımı və bank sektorunda islahatlarla izah olunur. Ehtimal olunur ki, yaxın üç il ərzində Azərbaycanın bank sisteminin aktivləri 10 mlrd. dollara qədər artacaq.

Azərbaycanın ÜTT-yə tezliklə qəbul olunacağını nəzərə alsaq, aparıcı transmilli bank holdinqlərindən olan iri oyunçuların maliyyə xidmətlərinin daxili bazara daxil olmasını gözləmək olar. İstisna deyil ki, bir sıra iri yerli banklar strateji xarici investorların nəzarətinə keçəcək. Bütün bunlar qaçılmaz olaraq yerli kredit təşkilatlarına rəqabətin gücləndirilməsi ilə bağlı təzyiq göstərəcək.

(Leyla Abdullaeva - Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti