...

Ekspert: "Azərbaycanda çörəyin qiyməti 10 % də artacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2007 18:04 (UTC +04:00)
Ekspert:  "Azərbaycanda çörəyin qiyməti 10 % də artacaq"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Bazar ertəsi Azərbaycanın Azad Sahibkarlar Birliyinin rəhbəri Eyyub Hüseynovun verdiyi məlumata görə, ilin əvvəlindən bəri 25% artımı nəzərə almadan , ilin sonuna qədər Azərbaycanda çörəyin qiyməti 10 % də artacaq.

Yay aylarından başlayaraq, Azərbaycanda çörəyin qiyməti kəskin olaraq artıb. Bir sıra rayonlarda ikiqat artım müşahidə olunur. Bir sıra müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda qiymət artımının səbəbi taxıl istehsal edən ölkələrdə (Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna) taxılın dəyərinin artması, o cümlədən məhsuldarlığın azalmasıdır.

Hüseynovun sözlərinə görə, ölkədə çörəyin qiymətinin təkrarən artmasına səbəb Azərbaycana taxıl istehsal edən ölkələrdən biri olan Qazaxıstanın ixrac siyasətinin dəyişməsi olacaq. Avqust ayında Qazaxıstanda yeni qanun qüvvəyə minib ki, bu qanuna əsasən, taxıl ixracı ilə bağlı fəaliyyət mütləq lisenziyalaşdırılmalıdır.

"Bu qərar taxılın maya dəyərinin artmasına səbəb olacaq ki, bu da mütləq Qazaxıstandan ixrac olunan taxılın qiymətinə təsir göstərəcək" - deyə Hüseynov bildirib.

Azərbaycanın Nazirlər Kabinetinin ölkəyə idxal olunan taxıla olan ƏDV-in ləğvi barədə 27 iyul tarixli qərarına münasibət bildirən Hüseynov qeyd edib ki, bu addam qiymətlərə təsir göstərə bilməz.

Hazırda Azərbaycanda çörəyin qiyməti 30 qəpik və daha çox təşkil edir.

Xəbər lenti

Xəbər lenti