...

ATON Broker eksperti: "ABŞ FES-in faiz dərəcələrini aşağı salması ipoteka kreditləşməsi bazarındakı böhranı həll etmir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2007 20:22 (UTC +04:00)
ATON Broker eksperti:  "ABŞ FES-in faiz dərəcələrini aşağı salması ipoteka kreditləşməsi bazarındakı böhranı həll etmir"

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ ATON Broker investisya şirkətinin analitik departamentinin iqtisadçı eksperti Vladimr Osakovski hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcələrinin aşağı salınması ABŞ-ın ipoteka kreditləşməsi bazarındakı böhranı tamamilə aradan qaldırmayacaq.

"Bunun nəticələrini tamamilə aradan qaldırmaq üçün daha çox, investorlar öz aktivlərini yenidən strukturlaşdırana və zərərlərini aradan qaldıranadək zaman tələb olunur",-deyə Osakovski bazar ertəsi bildirib.

Son bir neçə gündə avronun dollara nisbətdə qəfil artımı sentyabrın 18-də ABŞ Federal Ehtiyat sistemi tərəfindən faiz dərəcələrinin qəflətən aşağı salınması ilə əlaqədardır. Faizlər 0,5 faiz aşağı salınıb. Bundan məqsəd ABŞ iqtisadiyyatının stimullaşdırılmasıdır. Bu qərar ABŞ dolları ilə nominallaşdırılmış aktivlərin gəlirliliyini azaldır ki, bu da öz növbəsind, investorların dollara marağını azaldır.

"Faiz dərəcələrinin azaldılmasının birbaşa nəticəsi, demək olar, bütün dünya üzrə və xüsusi inkişaf edən maliyyə bazarlarında canlanmaya gətirib çıxardı ki, bu da ABŞ-da bir müddət öncə baş verən böhranın aradan qaldırılmasına xidmət edir. Bununla yanaşı, dolların qiymətinin azalması neft və qızılın qiymətinin artmasına gətirib çıxarıb",-deyə Osakovski bildirib.

Ekspertin fikrincə, qısamüddətli perspektivdə bu tendensiya davam edəcək. Bunun davam etməsi Avropa Mərkəzi Bankının öz faiz dərəcələrini qaldırmaqdan imtina etməsinə gətirib çıxara bilər.

Böhrandan sonra Avropa Mərkəzi Bankı faiz dərəcələrini qaldırmaqdan imtina edib. Növbəti ilin əvvəlinə qədər faizıləri 4 faizdən yuxarı qaldırmaq niyyətində deyil. Bu barədə Reuters məlumat verib.

İqtisadçının sözlərinə görə, dolların məzənnəsinin aşağı düşməsi və xammalın qiymətinin artması ABŞ-da inflyasiyasnı sürətləndirə bilər. Bu isə, FES-in əks reaksiyasına səbəb olacaq ki, nəticədə faizlər aldırılacaq.

"Əgər bu baş verərsə, dolların kursunun dəyişməsi tamamilə əks proseslərin baş verməsinə və deməli, yeni qlobal böhranın yaranmasına səbəb ola bilər",-deyə Osakovski bildirib.

Xəbər lenti

Xəbər lenti