...

Maliyyə naziri: " Azərbaycan 2008-si il üçün manatının məzənnəsi üzrə proqnozları obyektiv hesab edir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2007 17:45 (UTC +04:00)
Maliyyə naziri:  " Azərbaycan 2008-si il üçün manatının məzənnəsi üzrə proqnozları obyektiv hesab edir"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2008-ci ildə Azərbaycan hökuməti milli valyutanın dollara nisbətdə 0,81 manata qədər 5 faizlik möhkəmlənməsini gözləyir. Bu proqnozlar gələn ilin dövlət büdcəsi layihəsinə daxil edilib.

Maliyyə naziri Samir Şərifov cümə axşamı bildirib ki, manatın möhkəmlənməsi, bir tərəfdən inflyasiyanın qarşısını alan amildir. Digər tərəfdən, dünya səviyyəsində dolların aparıcı dünya valyutalarına nisbətdə təmin olunması ilə bağlı ciddi proseslər baş verir ki, bu da Azərbaycandan yan keçmir.

"Bütün dünyada dollarla olan aktivlərin yenidən qiymətləndirilməsi aparılır. Hesab edirəm ki, bu proses Azərbaycanda da baş verəcək",-deyə Şərifov söyləyib.

Bununla yanaşı, gələn il birləşdirilmiş büdcə gəlirlərinə daxil edilən böyük həcmdə neft dollarlarının axını gözlənilir. Həmçinin, xaricdən Azərbaycan iqtisadiyyatına iri həcmli investisiyalar gözlənilir.

"Bu gün bazarda bizim dövlət istiqrazlarımıza əmanət qoyan daha çox portfel investorları peyda olur. Buna görə də, bu proses obyektiv xarakter daşıyır. Lakin manatın məzənnəsi üzrə bu planda da makroiqtisadi proqnozun öz əsaslandırması var",-deyə nazir hesab edir.

Xəbər lenti

Xəbər lenti