...

"UniLeasing" şirkəti avtobusların ilk buraxılışını maliyyələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ "UniLeasing" lizinq şirkəti sərnişin avtobuslarının lizinqi üzrə ilk layihəsini həyata keçirib. Bu haqda məlumat şirkətdən verilib.

Sentyabrın sonunda "UniLeasing" 18 ədəd 50 yerlik (18 oturacaqlı) UZotoyol və 10 ədəd UZisuzu sərnişin avtobusunun alınmasının maliyyələşdirilməsi üzrə layihəni həyata keçirib. Layihənin ümumi dəyəri 1 mln.dollardan artıqdır.

Şirkət avtobusların lizinqi üzrə daha bir neçə təklifi nəzərdən keçirir. "UniLeasing" "AzAuto" şirkəti ilə ISUZU avtobuslarının lizinqinin tətbiqi üzrə xüsusi təklifi haqqında danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti