Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycanın Nəqliyyat Nazirliyi və İsveçrə Konfederasiyasının Ətraf mühüt, nəqliyyat, energetika və rabitə üzrə Federal Departamenti bazar ertəsi Bakıda avtomobil, yük və sərnişin daşımalarına dair müqavilə imzalayıb.
Nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, müqavilə Azərbaycan və İsveçrənin nəqliyyat münasibətlərinin inkişafına təkan olacaq. Burada sərhəd keçidləri, həmçinin avtodaşıma üçün vergi rusumu məsələləri əksini tapıb.
Nazir yük daşıyanların bu müqavilədən effektli istifadə edəcəklərinə əmin olduğunu ifadə edib. Ölkələr arasında norma sistemindən istifadə olunacaq, onların dəqiq miqdarı tsə gələcək danışıqların mövzusudur.
İsveçrə Konfederasiyası Federal Departamentinin rəhbəri Moris Leunberqer bildirib ki, iki müstəqil infrastruktur arasında imzalanan müqavilə, onların gələcək inkişafına xidmət edəcək.
"Azərbaycan və İsveçrə müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq edir. Müqavilə nəqliyyat nazirlərinin Avropa Konfransı kimi təşkilatda daha sıx əməkdaşlığına xidmət edəcək" - deyə o vurğulayıb.