...

Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 10 oktyabr 2007-cı il tarixində Bakı Fond Birjasında Milli Bankın 50104116S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 80 mln. manat, hərraca çıxarılan həcmi 70 mln. manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 6 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 95 164 000 manat təşkil edib.

Sifarişlər 99.51% (gəlirlik 6.33%) - 99.53% (gəlirlik 6.07%) qiymət intervalında təqdim olunub.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.51% (gəlirlik 6.33%) orta ölçülmüş qiymət - 99.53% (gəlirlik 6.07%) səviyyəsində Milli Bank tərəfindən müəyyənləşdirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi, 2 279 000 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 70 mln. manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 7 noyabr 2007-ci ildir.

Xəbər lenti

Xəbər lenti