...

Küveyt Azərbaycan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın İqtisadi inkişaf naziri Heydər Babayev Küveyt iş adamlarını Azərbaycandakı əlverişli investisiya mühitindən yararlanmağa dəvət etdib. Bu barədə nazirin Bakıda səfərdə olan Küveyt Milli Məclisinin Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşündə bildirilib.

Nazirin fikrincə, Küveyt Maliyyə Evi ilə Azərbaycan İnvestisiya Şirkəti arasında əlaqələrin yaradılması birgə layihələrin həyata keçirilməsi üçün imkanları genişləndirəcək. Küveyt parlamentində xarici ölkələrə investisiya qoyuluşu ilə bağlı bir sıra qanunverici sənədlərin hazırlandığını qeyd edən nümayəndə heyətinin rəhbəri Nazir Casim əl-Sani ölkəsinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaqda maraqlı olduğunu vurğulayıb.

Görüşdə islam bankçılığının Azərbaycanda tətbiqi məsələsinə də toxunulub.

Qonağın sözlərinə görə, bu sistem hazırda dünyanın bir sıra ölkələrində - ABŞ, Böyük Britaniya, Malaziya, Türkiyə və İndoneziyada tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti