...

Bakı Fond Birjasında qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 24-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300517S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 1 472 600 manat təşkil edib. Sifarişlər 95.55% (gəlirlik 10.49%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.55% (gəlirlik 10.49%) orta ölçülmüş qiymət - 95.55% (gəlirlik 10.49%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 472 600 manat olub. İstiqraz vərəqələrinin ödəmə tarixi 3 aprel 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti