...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyiinin nümayəndələri Qazaxıstanın büdcə planlaşdırılması təcrübəsi ilə tanış olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qazaxıstanın iqtisadi və büdcə planlaşdırılması təcrübəsi ilə tanış olmaq məqsədilə, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə işgüzar səfərdə olub.Bu barədə Nazirliyin məlumatında göstərilib.

Səfər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən "Dövlət İnvestisiya Siyasəti" Layihəsi çərçivəsində baş tutub.

Nümayəndə heyəti Qazaxıstanın Sosial Müdafiə və Əmək, İqtisadi və Büdcə Planlaşdırılması, Sənaye və Ticarət nazirliklərində, Davamlı İnkişaf Fondunda (Kazina), Dövlət Aktivlərinin İdarə Olunması Holdinqində (Samruk), İqtisadi Tədqiqatlar Mərkəzində görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti