...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Fond Birjasında oktyabrın 31-də Bakı vaxtilə saat 11:00-dan 12:30-a qədər Milli Bankın notlarının yerləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.

Notların dövlət qeydiyyat nömrəsi 50100118S, emissiyanın həcmi 50 000 000 AZN, hərraca təqdim olunan həcm 45 000 000 AZN, bir notun nominalı 200 AZN, müraciət müddəti 28 gündür. Ödəniş tarixi 28 noyabrdır.

Hərrac zaman, notların buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti