...

LUKOYL Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsinin inkişafına 1 milyon dollara qədər vəsait yatırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Rusiyanın LUKOYL şirkəti biznes fəaliyyəti ilə məşğul olduğu ölkələrdə kiçik və orta sahibkarlığın inkişafı üzrə Fond yaradacaq. Rusiya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Aleksandr Alekseyev bildirib ki, Fond, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr üçün vəsait ayıracaq. Alekseyev Fondun nə zaman fəaliyyətə başlayacağını deməyib.

LUKOYL prezidenti Vahit Ələkbərovun verdiyi məlumata görə, "maraqlı layihə"lər olarsa, şirkət orta və kiçik sahibkarlığın inkişafı Fondundan Azərbaycana 200 min dollardan 1 mln. dollara qədər vəsait ayırmağa hazırdır.

LUKOYL şirkətinin rəhbəri Azərbaycanda təhsilin maliyyələşdirilməsində maraqlı olduğunu da qeyd edib. Ələkbərov texnika, tədris vəsaitləri və digər avadanlıqla təchiz edilməsi məqsədilə, rusdilli məktəb seçmək təklifi ilə çıxış edib. Şirkət Azərbaycanda ali təhsilin inkişafında da iştirak etmək niyyətindədir.

LUKOYL şirkəti Azərbaycanın iki neft-qaz layihəsində iştirak edir. Şirkət D-222 (Yalama) və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində iştirak payına malikdir. Şirkətin Azərbaycan ərazisində yanacaqdoldurma məntəqələri də var.

Xəbər lenti

Xəbər lenti