...

Azərbaycanda QHT-lərlə iş üzrə qurumun yaradılması təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2007 18:40 (UTC +04:00)
Azərbaycanda QHT-lərlə iş üzrə qurumun yaradılması təklif olunur

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Qeyri-Hökumət Təşkilatlarının (QHT) Yaxın zamanlarda yaradılacaq Fond vasitəsilə Qeyri-Hökumət Təşkilatlarının (QHT) dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır. Bu barədə Azərbaycanın Milli QHT Forumunun prezidenti Azay Quliyev məlumat verib.

İlk dəfədir ki, 2008-ci ilin dövlət büdcəsində vətəndaş cəmiyyəti nümayəndələrinin müxtəlif proqram və layihələrinin həyata keçirilməsi ilə əlaqədar qrantların verilməsi üçün 1,5 mln manat həcmində vəsait nəzərdə tutulub.

Quliyevin sözlərinə görə, Fond QHT ilə iş üzrə dövlət qurumu kimi fəaliyyət göstərəcək. Forum prezident yanında QHT Şurası və ya İctimai Şuranın yaradılmasını, Prezident Aparatı isə QHT ilə iş üzrə Komitənin yaradılmasını təklif edir.

"Mən fikirləşirəm ki, birinci variant daha çox tərəfdara malikdir. Buna görə də Şuranın yaradılması ehtimalı istisna olunmur. Yekun qərar ölkə başçısı tərəfindən qəbul olunacaq" - deyə Quliyev bildirib.

Noyabrın 27-də QHT-lərə dövlət yardımı üzrə prezident sərəncamına müvafiq olaraq Prezident Aparatına təkliflərin təqdim olunma müddəti başa çatır. Burada həmçinin bu təşkilatlara vəsaitin verilməsi üçün fondun yaradılması da nəzərdə tutulub. Vəsait qrant şəklində ayrılacaq və layihələr müsabiqə əsasında seçiləcək. Forum rəhbərinin fikrincə, qrantın minimum həcmi 20-30 min manatdan aşağı olmamalıdır. "Elə beynəlxalq fondlar var ki, 5-10 min manat həcmində qrant ayırır, lakin bu məbləğlə nəsə həyata keçirmək mümkün deyil" - deyə Quliyev əlavə edib.

Prezidentin sərəncamına əsasən QHT-lərin 15 prioritet istiqaməti müəyyənləşib. Buraya layihələrin büdcə vəsaiti hesabına maliyyələşdirilməsi də daxildir. Onların arasında insan haqlarının müdafiəsi, sosial sahə, Azərbaycanın ərazi bütövlüyünün xaricdə təbliği və digər sahələrə dair layihələr mövcuddur. Həmçinin şəhid ailələri və veteranların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar da yardım ala bilər.

"Bu günə qədər heç bir beynəlxalq təşkilat bu sahələrin maliyyələşdirilməsində həvəsli olmayıb. Buna görə də hesab edirəm ki, bu istiqamətdə dövlət yardımı müsbət nəticələr verəcək" - deyə forum rəhbəri bildirib.

Azərbaycanın Ədliyyə Nazirliyinin məlumatına görə QHT qismində 2260 təşkilat dövlət qeydiyyatından keçib. Lakin Quliyevin sözlərinə görə, bu siyahıya beynəlxalq təşkilatlar, onların filialları da daxildir. Onları istisna etdikdə yerdə 1691 sayda QHT qalır. O hesab edir ki, faktiki olaraq bu gün 500 QHT fəaliyyət göstərir, digərləri isə maddi baza və maliyyənin olmaması səbəbindən işləmir. Fəaliyyət göstərən təşkilatların 90 faizi (450 QHT) Milli Forumun üzvüdür.

Forum 1999-cu ildə təsis olunub.

Xəbər lenti

Xəbər lenti