...

Bakı Fond Birjasında Milli Bankın qısamıdətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 21 noyabr 2007-cı il tarixində Bakı Fond Birjasında Milli Bankın 50100418S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 40 000 000 manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 7 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 29 311 000 manat təşkil edib.

Sifarişlər 99.23% (gəlirlik 9.98%) - 99.38% (gəlirlik 8.02%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.23% (gəlirlik 9.98%) orta ölçülmüş qiymət - 99.31% (gəlirlik 8.93%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi, 553 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 29 311 000 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 19 Dekabr 2007-cı ildir.

Xəbər lenti

Xəbər lenti