...

Azərbaycanda keyfiyyətsiz şirəli kəsmiklər satışdan çıxarılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2007 13:49 (UTC +04:00)
Azərbaycanda keyfiyyətsiz şirəli kəsmiklər satışdan çıxarılacaq

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Cümə axşamı Standartlaşdırma üzrə Dövlət Agentliynin standart və keyfiyyət üzərində dövlət nəzarəti sektorunun baş məsləhətçisi Mənsim Babayevin verdiyi məlumata görə, bu gündən başlayaraq Azərbaycanda Rusiya istehsalı olan keyfiyyətsiz şirəli kəsmiklərin satışdan çıxarılması ilə bağlı qida bazarında yoxlamalara başlanılacaq.

"Dövlət agentliyinin rəhbəri Ramiz Həsənov şəxsən agentliyin əməkdaşlarına bu məhsulların (keyfiyyətsiz şirəli kəsmiklərin) gələcəkdə mağazalardan yığışdırılması ilə məşğul olmaq barədə göstəriş verib" - deyə Babayev bildirib.

Babayevin sözlərinə görə, dövlət agentliyinin əməkdaşları kəsmiklərin satıldığı mağazalardan bu məhsulların nümunələrini toplayacaqlar. Bu yoxlamalar ötən həftə Rusiyada insan sağlamlığına zərərli şirəli kəsmiklərin aşkar olunması ilə bağlıdır.

Ötən həftə Rusiyanın Ümummilli Genetik Təhlükəsizlik Assosiasiyası tərəfindən süd məhsullarının keyfiyyəti ilə bağlı aparılan yoxlamaların yekunu olaraq şirəli kəsmiklərdə insan səhhətinə zərərli elementlər: stafilokok və bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Babayevin sözlərinə görə, agentlik Rusiyanın Ümummilli Genetik Təhlükəsizlik Assosiasiyası ilə əməkdaşlıq edir. Rusiya tərəfi keyfiyyətsiz məhsul istehsalçılarının adlarını açıqladıqdan sonra agentlik laboratoriyada Azərbaycana daxil olan məhsulların yoxlanmasına başlayacaq.

"Kəsmiklərdə zərərli maddələrin olması barədə məlumatın təsdiqlənməsindən sonra dövlət agentliyi Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, eləcə də sanitar-karantin müfəttişliyi ilə birlikdə bu məhsulların ölkəyə idxalına son qoyacaq" - deyə Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti