...

Azərbaycanın lizinq şirkəti portfelini ilin sonuna qədər 2 mln. manat artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın iri lizinq şirkətlərindən biri olan "Uni leasing" ilin sonuna qədər lizinq portfelini 2 mln. manat artıraraq 25 mln. manata çatdırmağı planlaşdırır. Bu barədə bazar ertəsi şirkətdən verilən məlumatda bildirilir.

Noyabrın əvvəlində "Uni leasing" şirkətinin lizinq portfeli 23 mln. manat təşkil edib.

Portfelin 40%-i tikinti texnikasının lizinqi, qalan hissəsi nəqliyyat, sənaye texnikası və tibbi təchizat hesabına formalaşdırılıb.

2004-cü ildən fəaliyyət göstərən "Uni leasing" QSC-nin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edir. Şirkətin səhmlərinin 33,33%-i Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur.

Xəbər lenti

Xəbər lenti