...

Türkiyə-Azərbaycan birgə Sığorta Şirkəti 2008-ci ildə MHBS-yə keçmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ "Basak-Inam" Türkiyə-Azərbaycan birgə Sığorta Şirkətinin Baş direktoru Orxan Hüseynovun cümə axşamı verdiyi məlumata görə, Sığorta Şirkəti 2008-ci ildə şirkətin bütün mühasibat hesabatını Maliyyə Hesabatlılığının Beynəlxalq Standartlarına keçirmək niyyətindədir.

"Şirkətin mütəxəssisləri bu sahədə standartlara cavab vermək üçün müvafiq treninqlər keçirlər" - deyə Həsənov bildirib.

Hüseynovun sözlərinə görə, şirkət "Groupama"-dan olan yeni səhmdarlarla intensiv əməkdaşlığa başlayıb (may ayında onlar şirəkətin səhmlərinin bir hissəsini alıblar) və yeni investorlar Azərbaycanın tərəfinin "Basak-Inam" şirkətinin rekonstruksiyasına təkan vermək niyyətindədirlər.

"Basak-Inam" Azərbaycan-Türkiyə birgə sığorta şirkətidir, şirkətin səhmdarları Fransanın "Groupama" şirkətidir ki, şirkət may ayında Türkiyənin "Basak" sığorta şirkətinin kapitalında 60% iştirak payı əldə edib və "Basak-Inam"ın kapitalının 49%-nə malikdir.

Xəbər lenti

Xəbər lenti