...

Azərbaycanda işsizlik səviyyəsi azalıb - Əmək Nazirliyi Məşğulluq İdarəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 16:17 (UTC +04:00)
Azərbaycanda işsizlik səviyyəsi azalıb - Əmək Nazirliyi Məşğulluq İdarəsinin rəhbəri

Azərbaycan, Bakı, / Trend , müxbir S.Babayeva/ Azərbaycanda işsizliyin səviyyəsi 10,7%-dən 6,7%-ə qədər azalıb, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan monitorinq zamanı məlum olub.

"Ölkədə iqtisadiyyatın sürətli inkişaf templəri həyat səviyyəsini qaldırmağa, yeni iş yerləri açmağa imkan yaradıb" - deyə çərşənbə günü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Məşğulluq İdarəsinin rəhbəri Anar Bədəlbəyli məşğulluq orqanlarının və Əmək Müfəttişliyinin 2007-ci il fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

Bu il ərzində məşğulluq orqanlarına iş üçün 41831 nəfər müraciət edib, 29274 nəfər münasib işlə təmin olunub. Bu, 2006-cı ilin göstəricisi ilə müqayisədə, 2424 nəfər və ya 8,3% çoxdur.

Bununla yanaşı, 3690 nəfər işsiz statusu, 4494 nəfər işsizlik üzrə müavinət alıb, 2571 nəfər hazırlıq kurslarına göndərilib, 1727 nəfər ödənişli ictimai işlərə göndərilib.

Bu il Azərbaycanın 55 şəhər və rayonunda 57 əmək yarmarkası təşkil olunub, 5945 nəfər işlə təmin edilib.

2007-ci ilin 11 ayı ərzində əmək birjalarında (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvanda) 3664 nəfər müvəqqəti işlərə təyinat alıb, bunların 1617 nəfəri qadındır.

Xəbər lenti

Xəbər lenti